14:02 Oxunub: 200

Duman, çiskin olacaq, dağlıq ərazilərdə qar yağacaq — Sabahın havası

Duman, çiskin olacaq, dağlıq ərazilərdə qar yağacaq — Sabahın havası

Martın 29-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman, axşam çiskin olacağı ehtimalı var.

Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-9, gündüz 13-17, Bakıda gecə 6-8, gündüz 15-17 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 762 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 faiz olacaq.

Martın 29-da Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-9, gündüz 13-18 dərıcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti olacaq.
XƏBƏR LENTİ