09:43 Oxunub: 281

Günəş tutulmasının hansı ziyanları var? — Numeroloq açıqladı

Günəş tutulmasının hansı ziyanları var? — Numeroloq açıqladı

İyul ayının ikisi planetimizdə günəş tutulması baş verəcək.
"Ölkə.Az" xəbər verir ki, günəş tutulması Bakı vaxtı ilə 23:23 radələrində başlayacaq və Xərçəng bürcü altında keçəcək.

Numeroloq Lyudmila Savina bildirib ki, 2 iyul tarixində xürafatçı insanlar emosiyalarına hakim olmalı, xoşagəlməz hallardan yayınmalıdırlar. O, məsləhət görür ki, təhqiri, vədləri ciddi qəbul etməmək, ailə problemlərini evdə unutmaq lazımdır. Numeroloq eyni zamanda bildirir ki, 2 iyul tarixində yeni layihələrə başlamaq lazım deyil, çünki gözlənilən nəticə əldə edilməyəcək.
Bu dövr ərzində böyük məbləğli alış veriş etmək, maliyyə əməliyyatı həyata keçirmək məsləhət deyil. Görüş və səfərləri də başqa vaxta keçirmək lazımdır. Eyni zamanda, günəş tutulmasını sakit abu-havada keçirmək məsləhət görülür.
XƏBƏR LENTİ