10:51 Oxunub: 204

Saatlıda zəhərlənən 5 nəfər xəstəxanadan evə buraxılıb - YENİLƏNİB

Saatlıda zəhərlənən 5 nəfər xəstəxanadan evə buraxılıb - YENİLƏNİB

Saatlıda zəhərlənən şəxslər xəstəxanadan evə buraxılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, onlara ilkin ambulator yardım göstərilib. Zəhərlənmənin səbəbini müəyyən etmək üçün ailə üzvlərindən götürlən qan nümunələri Respublika Toksikologiya Mərkəzinə göndərilib.

***

08:52

Saatlı rayonunda axşam saatlarında zəhərlənmə hadisəsi qeydə alınıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Seyidlər kənd sakini,1974-cü il təvəllüdlü Məmmədov Əbülfəz Ağarza oğlu, onun həyat yoldaşı, 1975-ci il təvəllüdlü Məmmədova Xuraman Xuda qızı, övladları, 2007-ci il təvəllüdlü Əli, 2009-cu il təvəllüdlü əkiz qardaşlar Vahid və Zahid zəhərlənmə ilə Saatlı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Onlarən göbələkdən zəhərləndikləri bildirilib.

Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ