10:27 Oxunub: 210

Bakıda avtomobil təmir sexində yanğın

Bakıda avtomobil təmir sexində yanğın


Paytaxtın Sabunçu rayonunda yanğın hadisəsi baş verib.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ümumi sahəsi 450 kvadrat metr olan avtomobil təmiri sexində təmirə dayanan “Mercedes” markalı minik maşınının yanar hissələri və sexin dam örtüyü 20 kvadrat metr sahədə yanıb.

Sexin qalan hissəsi və içərisində olan “VAZ” markalı minik maşını yanğından mühafizə olunub.

Yanğın söndürülüb.
XƏBƏR LENTİ