14:43 Oxunub: 261

Masallıda daha bir qəza - Ölən və xəsarət alanlar var

Masallıda daha bir qəza - Ölən və xəsarət alanlar var

Masallıda ölümlə nəticələnən yol qəzası baş verib.


Azerbaycaninsesi.com.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə Masallı-Boradigah-Lənkəran yolunun Qızılavar kəndi ərazisində qeydə alınıb.


Masallı rayon sakini, Cavadov Nail Həsəndadaş oğlu idarə etdiyi "İSUZU" markalı 90 NK 834 dövlət nömrə nişanlı yük maşını ilə hərəkətdə olarkən idarəetməni itirib və yolun kənarındakı ağaca çırpılıb.


Hadisə nəticəsində yük maşınının kabinəsində olan sərnişin, 1989-cu il təvəllüdlü Əhmədov Cavid Vilayət oğlu hadisə yerində ölüb, 1994-ci il təvəllüdlü Səmədov Elməddin Elbar oğlu və sürücü N.Cavadov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.


Faktla bağlı cinayət işi başlanılıb.
XƏBƏR LENTİ