09:32 Oxunub: 266

Bakıda gənc oğlan 8 qızın başına OYUN GƏTİRDİ

Bakıda gənc oğlan 8 qızın başına OYUN GƏTİRDİ

Bakı şəhəri Nərimanov rayonunda oğurluqla məşğul olan gəncin barəsindəki cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

Azerbaycansesi.com-ın News24.az-a istinadən məlumatına görə, Nərimanov Rayon Polis İdarəsində Həsənov Sadıq Vahid oğlu barəsində Cinayət Məcəlləsinin 177.2.2-ci, yəni oğurluq-təkrar törədildikdə maddəsi ilə açılan işin materialları Nərimanov Rayon Məhkəməsinə göndərilib. İşə rayon məhkəməsinin hakimi Vüsal Qurbanovun sədrliyi ilə baxılacaq.

İstintaq zamanı məlum olub ki, Sadıq Həsənov Nərimanov rayonunda 11 nəfərə qarşı oğurluq əməli törədib. Həmun şəxslərdən 8-i gənc qızlardır. O, qurbanlarını əvvəlcədən seçib və insanların sıx olduğu yerlərdə əməlini həyata keçirib.
XƏBƏR LENTİ