15:00 Oxunub: 224

Bu dəhşətli qəzada ölənlər Şirvanlı qardaşlar olub

Bu dəhşətli qəzada ölənlər Şirvanlı qardaşlar olub

Şirvan şəhər sakini Anar və Fəzayıl Qayıbov qardaşları dəhşətli qəza nəticəsində dünyasın dəyişiblər.

Anews.az DİN-ə istinadən xəbər verir ki, avqustun 31-də saat 4 radələrində Hacıqabul şəhərinin İ.Qayıbov küçəsində Şirvan şəhər sakini Anar Qanbayev idarə etdiyi "VAZ-2107” markalı avtomobili yolun kənarındakı maneəyə vurmuş, sonradan idarəetməni itirdiyindən nəqliyyat vasitəsi yolun kənarında dayanmış şəhər sakini İ.Həsənovun idarə etdiyi "KamAZ” markalı avtomobilə çırpılmışdır. Nəticədə sürücü və sərnişini olan qardaşı Fəzayıl hadisə yerində ölmüşlər.
Hacıqabul RPŞ tərəfindən araşdırma aparılır.
XƏBƏR LENTİ