16:06 Oxunub: 165

“Barselona” klubunun texniki işçiləri Messinin klubdan getməsini istəyib

“Barselona” klubunun texniki işçiləri Messinin klubdan getməsini istəyib


“Barselona” klubunun ofisində işləyən əməkdaşlardan biri mətbuata açıqlamasında bildirib ki, Lionel Messinin Kataloniya klubunda qalması texniki işçilərin narazılığna səbəb olub.

Bu barədə “Fourfourtwo” nəşri məlumat yayıb.

“Messinin klubda qaldığını biləndən sonra üzüldük. Hamı narahat oldu. Biz bilirdik ki, Messinin maaşını ödəmək üçün daha çox işçi ixtisara düşəcək.

Mən Messini çox istəyirəm, klub və bütün futbol üçün etdiklərini qiymətləndirirəm, amma daha da çox ailəmi və “Barselona”da işləməyi sevirəm”, - deyə “Barselona”nın ofisinin əməkdaşı qeyd edib.
XƏBƏR LENTİ