09:58 Oxunub: 223

"Korrupsioner hakimiyyət xalqa xəyanət etdi" - Erməni idmançı

"Korrupsioner hakimiyyət xalqa xəyanət etdi" - Erməni idmançı
Ermənistanlı MMA döyüşçüsü Eduard Vartanyan Rusiyanın vasitəçiliyi ilə ölkəsi və Azərbaycan arasında bağlanmış sülh müqaviləsinə münasibət bildirib.

"Report"un məlumatına görə, şəxsi instaqram səhifəsində paylaşım edən 29 yaşlı idmançı Ermənistan rəhbərliyini sərt tənqid edib.

Vartanyan yerli hakimiyyətin xalqa xəyanət etdiyini yazıb: "İnsan həyatının dəyərsiz olduğunu başa düşmək dəhşətlidir. Satılmış hakimiyyət hər şeyə hərbi əməliyyatlar başlamamışdan öncə qərar verib. Dövlətin başında duran korrupsioner siyasətçilər erməni xalqına xəyanət etdilər. Siyasət çirkli və prinsipsiz işdir. Qurban verilməsinin qarşısını daha əvvəl almaq olardı. Çünki indi qəbul olunanların hamısı Madrid prinsiplərindən çıxarışlardır. Hakimiyyətin ən yüksək eşelonundakı bu xainlər xalqını məhv olmağa göndərdil. Mən hər şeyi bilirəm".

Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında noyabrın 10-da II Qarabağ müharibəsinin başa çatdırılması ilə bağlı müqavilə imzalanıb.
XƏBƏR LENTİ