29 sen 10:56 Oxunub: 18

Çempionlar Liqasında cavab oyunlarına start veriləcək

Çempionlar Liqasında cavab oyunlarına start veriləcək

Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin cavab qarşılaşmalarına start veriləcək.

Həftənin ilk oyun günündə üç matç baş tutacaq.

Bu görüşlərdən sonra qrup mərhələsinə üç vəsiqənin sahibi bəlli olacaq. Azərbaycan çempionu “Qarabağ”ı turnirdən kənarlaşdıran “Molde” Macarıstanda “Ferensvaroş”un qonağı olacaq. Evdə məhsuldar heç-heçə (3:3) edən skandinaviyalılar səfərdə qalib gəlməyə çalışacaq.
Digər iki görüşdə isə komandalardan biri ilk oyundakı üstünlüyü qorumaq üçün mübarizə aparacaq. “Olimpiakos” Kiprdə “Omoniya”nın revanş arzusunu gözündə qoymaq niyyətindədir. Kiyev “Dinamo”su isə “Gent”i Avropa Liqasına göndərmək üçün meydana çıxacaq.
Qeyd edək ki, cavab oyunlarına sentyabrın 30-da yekun vurulacaq.
Çempionlar Liqası
Pley-off
29 sentyabr
23:00. “Omoniya” (Kipr) - “Olimpiakos” (Yunanıstan)
İlk oyun – 0:2
23:00. “Ferensvaroş” (Macarıstan) - “Molde” (Norveç)
İlk oyun – 3:3
23:00. “Dinamo” (Ukrayna) - “Gent” (Belçika)
İlk oyun – 2:1
XƏBƏR LENTİ