13:57 Oxunub: 310

Mahnı Teatrında “Könül nəğmələri” adlı konsert olacaq

Mahnı Teatrında “Könül nəğmələri” adlı konsert olacaq

Sentyabrın 25-də R. Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Könül nəğmələri” adlı konsert proqramı təşkil olunacaq.

AZƏRTAC xəbər verir ki, Ü. Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşacaq konsertdə solistlər - Səbinə Ərəbli, Nadir Qafarzadə, Zaur Əmiraslanov, Rövşən Əziz, İlkin Fuadoğlu, Rövşən Qəhrəmanov, Səbinə Babayeva, Kənan Qədimov, Lalə Məmmədova, Pərviz Verdiyev, Aynur İsgəndərli və Könül Məmmədli iştirak edəcəklər.

Konsertdə solistləri Tofiq Əhmədov adına Estrada-Simfonik Orkestri müşayiət edəcək.
XƏBƏR LENTİ