11:59 Oxunub: 400

Bakıda ananın özünü və uşaqlarını binadan atmasının TƏFƏRRÜATI: Əvvəl yataq otağının...

Bakıda ananın özünü və uşaqlarını binadan atmasının TƏFƏRRÜATI: Əvvəl yataq otağının...
Dekabrın 20-də, gecə saat 23:00 radələrində paytaxtın Yasamal rayonu, Kənar Dairəvi küçəsi, ev 28-də yaşayan 1991-ci il təvəllüdlü Nigar Cəfərovanın yaşadığı binanın dördüncü mərtəbəsindən özünü yerə atması barədə Yasamal Rayon Prokurorluğuna məlumat daxil olub.

Yasamal Rayon Prokurorluğundan verilən məlumata görə, cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlərin həyata keçirilməsi təmin edilib.

İlkin araşdırmalarla müəyyən edilib ki, Nigar Cəfərova həmin gün gecə saat 23:00 radələrində azyaşlı övladları - 2017-ci il təvəllüdlü Hüseyn Cəfərov və 2019-cu il təvəllüdlü Oktay Cəfərovu yaşadıqları binanın dördüncü mərtəbəsində olan mənzilin yataq otağındakı pəncərədən qısa zaman ardıcıllığı ilə yerə atıb, daha sonra isə özünü də həmin yerdən atılıb.

Nigar Cəfərova və övladları hadisə yerinə gələn şəxslər tərəfindən xəstəxanaya aparılaraq həkimlərin müdaxiləsi nəticəsində sağ qalıb.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 29, 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.

İstintaq prosesində cinayətin motivi, o cümlədən, əhəmiyyət kəsb edə biləcək digər hallar tam və hərtərəfli araşdırılmaqla müvafiq qərarın qəbul edilməsi və nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcək.
XƏBƏR LENTİ