12:16 Oxunub: 211

DİN-dən karantin postlarında müşahidə olunan vəziyyətlə bağlı AÇIQLAMA

DİN-dən karantin postlarında müşahidə olunan vəziyyətlə bağlı AÇIQLAMA
Koronavirusun yayılmasının qarşısının alınması məqsədilə sərt karantin rejiminin tətbiq edildiyi beş şəhərin və 12 rayonun giriş və çıxışlarında quraşdırılmış xüsusi postlarda polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən nəzarət-profilaktiki yoxlamalar davam etdirilir.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

2020-ci ilin dekabrın 18-də həmin postlardan müvafiq icazə olmadan keçməyə cəhd göstərən 1921 nəqliyyat vasitəsi müəyən olunaraq geri qaytarılıb.

Eləcə də, qeyd olunan müddətdə ölkə üzrə karantin rejimi qaydalarını pozan 2655 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Bu istiqamətdə həyata keçirilən bütün tədbirlər əhalinin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir.

Ona görə də vətəndaşlardan tətbiq edilən izolyasiya tədbirlərini anlayışla qarşılamalarını, zərurət olmadan yaşayış yerlərini tərk etməmələrini xahiş edirirk.
XƏBƏR LENTİ