
24 noy 11:28 Oxunub: 14
Yaqut Qarayeva: “Süni tənəffüs aparatına qoşulanların sayı daha çoxdur”
“İndiki dövrdə əvvəlki illərlə müqayisədə COVID-19 xəstələrindən süni tənəffüs aparatına qoşulanların sayı daha çoxdur”.
Bunu Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsinə həsr olunmuş virtual mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva bildirib.
O qeyd edib ki, buna səbəb xəstəliyin birbaşa tənəffüs sisteminə təsir etməsidir:
“Təəssüf ki, bəzən həkimlər də xəstəyə ilkin mərhələdə antibiotiklər təyin edir. Bu yanlışdır. Xüsusi ağırlaşma olmazsa, antibiotikdən istifadədən qaçmaq lazımdır”.
“Əgər xəstədə rezidens bakteriya aşkarlanırsa, xəstə və ona baxan tibb heyəti ayrılmalıdır. Amma buna indi imkanımız yoxdur. Biz hər xəstəyə bir tibb bacısı qoya bilmirik. Tibb işçilərimiz çətin rejimdə çalışırlar. Antibiotiklərin ev şəraitində istifadə edilməsində insanlarla yanaşı, həkimləri də vurğulamaq istəyirik.
Həkimlər özünü və xəstəsini sığortalamaq üçün antibiotik istifadə edirlər. Bu yanlışdır”, - deyə o əlavə edib.
28-12-2020, 16:45
Prezident beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan yeni yolun açılışında - FOTO
28-12-2020, 13:13
Özünü vəzifəli şəxs kimi qələmə verərək dələduzluq edən Şirvan sakininə qarşı cinayət işi başlandı
26-12-2020, 14:36
Ermənistan SES Azərbaycanın nəzarətinə keçdi – ABŞ şirkəti 180 milyon dollara almışdı…
10-06-2020, 14:21
Qobustan rayonunda yerləşən 7 – saylı yol istismarı MMC direktoru 70 yaşlı Əlikram Cavadov 30 ildən artıq müddət ərzində dövlət büdcəsini talamaqla məşğuldur .
18-07-2019, 10:39
Əhməd Əhmədzadə bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir!
10-08-2020, 12:56