12:22 Oxunub: 199

Bayram Səfərovun oğlu işdən çıxarıldı

Bayram Səfərovun oğlu işdən çıxarıldı
Daxili işlər orqanlarında yeni təyinat olub.

“Report” xəbər verir ki, Xəzər Rayon Polis İdarəsinin (RPİ) 2-ci Polis Şöbəsinin rəisi, polis mayoru Məhşur Hüseynov vəzifədən azad olunaraq Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin rəisi təyin olunub.

Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Xəlil Səfərov isə işdən çıxarılaraq sərəncama götürülüb.

Qeyd edək ki, Xəlil Səfərov Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun oğludur.
XƏBƏR LENTİ