18:38 Oxunub: 279

DİN-dən yeni təyinat

DİN-dən yeni təyinat

Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.
Oxu.Az-ın məlumatına görə, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Nazirin əmrinə əsasən, polis polkovniki Şahin Məmmədov Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, o, Xətai Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsində çalışmış və sabiq Daxili İşlər naziri Ramil Usubovun əmri ilə vəzifəsindən uzaqlaşdırılmışdı
XƏBƏR LENTİ