16:53 Oxunub: 280

3 yaşlı uşağın ölümünə görə cinayət işi başlandı

3 yaşlı uşağın ölümünə görə cinayət işi başlandı
İyulun 25-də paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən “Bavarius” istirahət mərkəzinin avtomobil dayanacağında 1974-cü il təvəllüdlü Gülnarə Müslümovanın “Kia Sportage” markalı 90-DP-574 dövlət qeydiyyat nişanlı avtomobili arxaya hərəkət etdirərəkən 2016-cı il təvəllüdlü Əlisafa Mustafayevi vurmuş, sonuncu aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.



Bu haqda Modern.az-a Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan daxil olan birg’ m’lumatda qeyd olunub.



Faktla bağlı Xəzər rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.



İş üzrə müvafiq ekspertizalar təyin edilib, şahidlər müəyyənləşdirilərək dindirilib.



Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
XƏBƏR LENTİ