23 okt 18:55 Oxunub: 19

Kuçma və Foksman İlham Əliyevə məktub ünvanladı

Kuçma və Foksman İlham Əliyevə məktub ünvanladı



1994-2005-ci illərdə Ukraynanın Prezidenti Leonid Kuçma və ABŞ-ın Nyu York şəhərindəki Yəhudi İrsi Muzeyinin Qəyyumlar Şurası sədrinin müavini Abraham Foksman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

Azaerbaycaninsesi.com.az xəbər verir ki, təbrikdə qeyd olunur:

"Hörmətli cənab Prezident,

Son günlərdə Ermənistan tərəfindən Gəncə şəhərində yaşayış binalarına edilmiş hücum nəticəsində, habelə Dağlıq Qarabağdakı hərbi əməliyyatlarda həyatını itirmiş insanların yaxınlarına və zərər çəkmiş şəxslərə dərin hüznlə başsağlığı vermək istərdik. Mülki insanlara qarşı yönəlmiş bütün qanunsuz hərəkətləri qınayırıq.

BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri Azərbaycanın BMT tərəfindən qəbul edilmiş ərazi bütövlüyü çərçivəsində dərhal icra edilməlidir.

Cənab Prezident, biz həmsədrlərimiz xanım Vayra Vike-Freyberqa, İsmail Serageldin, eləcə də Mərkəzin baş katibinin sonsuz dəstəyi ilə əməkdaşlıq çərçivəsində çalışaraq Nizami Gəncəvi Beynəlxalq Mərkəzində Dağlıq Qarabağla bağlı müzakirələr aparırıq.

Cənab Prezident, Sizə yüksək hörmət və ehtiramımızı bildiririk".
XƏBƏR LENTİ
Xaçmazda yanğın olub
Bu gün, 11:42

Xaçmazda yanğın olub

Polkovnik şəhid oldu
23-11-2020, 20:06

Polkovnik şəhid oldu