16 okt 09:38 Oxunub: 13

Düşmən fəallaşmağa cəhd göstərib: Ağır itki verib - RƏSMİ

Düşmən fəallaşmağa cəhd göstərib: Ağır itki verib - RƏSMİOktyabrın 15-i gün ərzində və 16-na keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli-Hadrut istiqamətlərində əməliyyat şəraiti yenə də gərgin olaraq qalıb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, işğaldan azad edilmiş Cəbrayıl və Hadrut istiqamətlərində yerləşən bölmələrimizin mövqelərini, eləcə də, cəbhə xəttinə yaxın kəndləri düşmən dünən gün ərzində raket, artilleriya və minaatanlardan atəşə tutub.

Gecə ərzində cəbhənin bəzi istiqamətlərində düşmən fəallaşmağa cəhd göstərib. Qoşunlarımız tərəfindən bunun qarşısı alınıb, düşmən ciddi itki verib.
XƏBƏR LENTİ