15:01 Oxunub: 191

ADY vasitəsilə 2020-ci ilin doqquz ayında 10,8 milyon ton yük daşınıb

ADY vasitəsilə 2020-ci ilin doqquz ayında 10,8 milyon ton yük daşınıb

Azərbaycan Dəmir Yolları vasitəsilə 2020-ci ilin ilk doqquz ayı ərzində 10,8 milyon ton yük daşınıb.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin müvafiq şöbəsindən məlumat verilib.

Bildirilib ki, 2020-ci ilin yanvar-sentyabr ayları ərzində ADY vasitəsilə 10 milyon 847 min ton yük daşınıb. İlk doqquz ay ərzində daşınan yüklərin əksəriyyətini (35 faizdən çoxunu) idxal məhsulları təşkil edib.

Belə ki, daşınan yüklərin 3 milyon 850 min tondan çoxu idxal, 1 milyon 850 min tondan çoxunu ixrac edilən yük daşımalar əhatə edib.

Daşımaların 3 milyon tondan çoxunu tranzit yüklər, 2 milyon 125 min tonunu isə daxili daşımalar təşkil edib.
XƏBƏR LENTİ