11:31 Oxunub: 185

Gürcüstanda koronavirusa yoluxanların sayı kəskin artdı

Gürcüstanda koronavirusa yoluxanların sayı kəskin artdı

Gürcüstanda son sutkada koronavirusa 919 yeni yoluxma faktı qeydə alınıb, 208 nəfər sağalıb, 4 pasiyent isə vəfat edib.

Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib. Bununla da qonşu ölkədə indiyədək təsdiqlənən COVID-19-a yoluxma hallarının sayı 14 440-a, sağalanların sayı 7 367-yə, vəfat edənlərin sayı isə 113-ə çatıb.

Karantində 5 792, stasionar nəzarətdə isə 836 nəfər saxlanılır. Xəstəliyi simptomsuz keçirən 1 042 nəfər xüsusi otellərdə müalicə olunur.
XƏBƏR LENTİ