16:34 Oxunub: 96

Xaricdən sifariş verənlərin NƏZƏRİNƏ - VİDEO

Xaricdən sifariş verənlərin NƏZƏRİNƏ - VİDEO

Dövlət Gömrük Komitəsi sentyabrın 24-dən etibarən gömrük limitinin 300 dollara endirilməsi haqqında Nazirlər Kabinetinin 305 saylı qərarı qüvvəyə minməsindən sonra vətəndaşların suallarını cavablandırıb.

Vətəndaşın sualı: Daşıyıcı şirkət fiziki şəxsin əvəzinə, onun sifariş etdiyi mallar üçün bəyannamə verə bilərmi?

Cavab: “Smart Customs” mobil tətbiqində sifariş edən fiziki şəxs yalnız özü sadələşdirilmiş bəyannaməni təqdim etməlidir.

Vətəndaşın sualı: “Smart Customs” mobil tətbiqində bəyan etməklə daşıyıcı şirkət vasitəsilə telefon gətirmək olarmı?

Cavab: 300 dollarlıq limit çərçivəsində istənilən məhsulu sifariş edə bilərsiniz. Limiti keçdiyiniz təqdirdə gətirdiiniz məhsul gömrük ödənişlərinə cəlb olunacaq.

Dövlət Gömrük Komitəsi daşıma şirkəti üçün yazılan məlumatı deyil, mobil tətbiq vasitəsilə göndərilən gömrük bəyannaməsini əsas götürəcək. Vətəndaşlar bəyannaməni evdən çıxmadan, kompüter və ya mobil telefon vasitəsilə təqdim edə bilərlər.

DGK-nin “Sadələşdirilmiş Bəyannamə - Elektron Ticarət” layihəsinə əsasən, “Smart Customs” mobil tətbiqinə daxil olmaq üçün Azərbaycan vətəndaşları Asan İmza və Elektron İmza ilə yanaşı, “Fərdi identifikasiya nömrəsi”ndən (FİN) də istifadə edə bilərlər.

Qeyd edək ki, Nazirlər Kabinetinin 305 saylı qərarı ilə fiziki şəxslər tərəfindən ölkəyə rüsumsuz gətirilə bilən malların maksimal məbləği aşağı salınıb.

Qərara kimi vətəndaş ay ərzində şəxsi məqsəd üçün birbaşa özü 1500 dollar məbləğində, elektron ticarətlə - poçt vasitəsilə 1000 dollar məbləğində mal gətirə bilərdi.

Yeni qərara görə, bu rəqəmlər müvafiq olaraq 800 dollar və 300 dollara endirilib. Yəni, vətəndaş artıq internet üzərindən hansısa xarici mağazadan 300 dollardan baha olan malı alarsa, həmin artıq məbləğ üçün 36 faiz gömrük rüsumu ödəməlidir.
XƏBƏR LENTİ