24 sen 17:34 Oxunub: 16

Bakıda DƏHŞƏT: Nənəsini və bibisini qətlə yetirdi - YENİLƏNİB

Bakıda DƏHŞƏT: Nənəsini və bibisini qətlə yetirdi - YENİLƏNİB

Bakıda baş verən dəhşətli qətl hadisəsində ölənlərin şəxsiyyətləri müəyyənləşib.

Oxu.Az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, qətlə yetirilənlərdən biri qatilin bibisi, 1959-cu il təvəllüdlü Cavadova Tamilla, digəri isə nənəsi Esmira adlı qadın olub.

İlkin məlumatlara görə, onlar həmin ünvanda birlikdə yaşayıblar.

Kişi qurbanlarına çoxsaylı bıçaq zərbələri vuraraq, hadisə yerindən qaçıb.

Onun axtarışları aparılır.

Ramella İbrahimxəlilova

16:21

Bakıda dəhşətli qətl hadisəsi baş verib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində baş verib.

Belə ki, kişi qəsəbənin “D” massivi, bina 27, blok 6-da yaşayan nənəsini və bibisini öldürüb.

Cinayətin hansı səbəbdən və hansı şəraitdə baş verdiyi bilinmir.
XƏBƏR LENTİ
Bərdə bu gün... - FOTO
28-10-2020, 15:37

Bərdə bu gün... - FOTO