08:59 Oxunub: 343

İcra başçısı “Jurnalistlər binası”nın sakinləri ilə görüşdü - Fotolar

İcra başçısı “Jurnalistlər binası”nın sakinləri ilə görüşdü - Fotolar

Bu gün Səbail rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov "Jurnalistlər binası"nın sakinləri ilə görüşüb.
"Qafqazinfo” xəbər verir ki, görüşün məqsədi istifadəyə verilmiş iki bina sakinlərinin və ətraf ərazilərin problemləri ilə maraqlanmaq, onların həll olunması istiqamətində müvafiq tədbirləri həyata keçirmək olub.
Zeynalov qeyd edib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində artıq jurnalistlər üçün iki bina istifadəyə verilib və üçüncü binanın tikintisi də başa çatmaq üzrədir: "Bu baxımdan, media təmsilçilərinin qayğılarını öyrənmək, problemlərin həllində bilavasitə iştirakçı olmaq Səbail RİH-nin birbaşa vəzifələrindən biridir".

Jurnalistlərin təkliflərini dinləyən Vüqar Zeynalov onların hər biri ilə ayrı-ayrılıqda maraqlanacağını və qısa zamanda problemlərin həll olunacağını bildirib.
Qeyd edək ki, jurnalistlərin müraciətləri əsasən sosial infrastruktur, abadlıq, yol, nəqliyyat, iaşə xidməti və digər məsələlərlə bağlı olub.

İcra başçısı “Jurnalistlər binası”nın sakinləri ilə görüşdü - Fotolar
İcra başçısı “Jurnalistlər binası”nın sakinləri ilə görüşdü - Fotolar
XƏBƏR LENTİ