16:54 Oxunub: 187

Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən artdı - Ölənlər də var

Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən artdı - Ölənlər də var

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 114 yeni yoluxma faktı qeydə alınıb, 138 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 38 517 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 35 998 nəfər müalicə olunaraq sağalıb, 566 nəfər vəfat edib, aktiv xəstə sayı 1 953 olub.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 921, bu günə qədər isə ümumilikdə 1 020 029 test icra olunub.
XƏBƏR LENTİ