12:54 Oxunub: 127

Onlayn dərsin müddəti nə qədər olmalıdır – 45, yoxsa 30 dəqiqə?

Onlayn dərsin müddəti nə qədər olmalıdır – 45, yoxsa 30 dəqiqə?


Bu ilin mart ayından başlayaraq orta məktəblərdə dərslər onlayn qaydada keçirilir. Təbii ki, onlayn dərslər adi qaydada keçirilən dərsləri əvəz edə bilmir. Bunun bir çox səbəbləri var.

Bizim toxunmaq istədiyimiz məsələ isə onlayn dərslərdə vaxtın 45 dəqiqə davam etməsi ilə bağlıdır. Aydındır ki, dərslərin 45 dəqiqə onlayn formada keçirilməsinin sağlamlıq üçün müəyyən fəsadları var.

Bəs belə olan halda onlayn dərslərin müddəti nə qədər olmalıdır?

Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi, təhsil eksperti İlqar Orucov məsələ barədə Modern.az-a bildirib ki, onlayn təhsillə bağlı insanlarda suallar və narahatlıq yaranıb:
“Təhsil Nazirliyi distant təhsilə keçidlə bağlı müzakirələr aparıb. Distant təhsil zamanı dərs müddətinin tənzimlənməsi hazırda çox aktualdır. Qeyd edim ki, təhsil institutu bu barədə araşdırmalar apardı. Nəticədə dünya təcrübəsi öyrənildi və Azərbaycandakı real durum araşdırıldı. Əyani dərslər 45 dəqiqə, onlayn dərslərin müddəti 30 dəqiqə olaraq planlaşdırıldı. Bu da komputerin təhsil alanlara mənfi təsirinin aradan qaldırılması ilə əlaqədardır. Verilən qərarın çox doğru olduğunu düşünürəm. Bunun təkcə Azərbaycanda deyil, həm də distant təhsil formasını inkişaf etdirmiş digər ölkələrdə də belə olacağı gözlənilir”.


Təhsil ekspertinin sözlərinə görə, şəraitə uyğun qərarları, Nazirlər Kabineti Təhsil Nazirliyinin hazırladığı normativlər və qaydalar əsasında təsdiq edib:
“Azərbaycanla eyni təhsil səviyyəsinə malik ölkələrin təcrübəsi öyrənilir və ən yaxşıları qəbul olunur. İki gün öncə Təhsil Nazirliyi yanında İctima Şuranın yeni təhsil ili ilə bağlı veriləcək qərarlara dair iclası keçirildi. Qərarlar qəbul olunmadan öncə tanınmış təhsil ekspertlərinin fikirləri də nəzərə alındı”.
XƏBƏR LENTİ