09:34 Oxunub: 217

Dünyada koronavirusa yoluxanların sayı 29, sağalanların sayı 21 milyonu keçdi - STATİSTİKA

Dünyada koronavirusa yoluxanların sayı 29, sağalanların sayı 21 milyonu keçdi - STATİSTİKA

Dünyada 29 184 740 nəfərdə koronavirus aşkarlanıb.

Bu barədə Oxu.Az-ın onlayn statistikasında qeyd olunur.

Virusdan ümumilikdə ölənlər 928 287, sağalanlar 21 030 791 nəfər təşkil edir.

Virusa yoluxma halı ən çox Asiya qitəsindədir. Qitədə 8 605 646 nəfər virusa yoluxub, 164 265 xəstə ölüb, 6 960 890 nəfər sağalıb.

Ölkələr arasında virusa yoluxma sayına görə öndə olanlar 6 708 458 yoluxma ilə ABŞ, 4 846 427 yoluxma ilə Hindistan, 4 330 455 yoluxma ilə Braziliya, 1 062 811 yoluxma ilə Rusiyadır.

İranda 402 029, Türkiyədə 291 162, Ermənistanda 45 862, Gürcüstanda 2 227 nəfərdə koronavirusa yoluxma qeydə alınıb.

Azərbaycanda koronavirusun aşkar olunduğu 38 327 nəfərin 562-si ölüb, 35 756-sı sağalıb.
XƏBƏR LENTİ