11 sen 12:28 Oxunub: 12

Atasız uşaqların yardımı niyə kəsilib? - SƏBƏB

Atasız uşaqların yardımı niyə kəsilib? - SƏBƏB
Sosial şəbəkələrdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yaşayan Rzayeva Günel Rəfael qızının ailəsinin çətin maddi durumu ilə bağlı yayılan məlumatla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) əməkdaşları həmin ailə ilə görüşüblər.

Bunu Modern.az-a DSMF-nin İctimaiyyətlə Əlaqələr Departamentinin müdiri Rəşad Mehdili deyib.

Onun sözlərinə görə, Fondun əməkdaşları ailənin maddi durumu ilə yaxından tanış olandan sonra həmin ünvana Ərazi Məşğulluq Mərkəzinin nümayəndələri də dəvət olunub.

Ərazi Məşğulluq Mərkəzi tərəfindən vətəndaş G.Rzayeva qeydiyyata alınıb. Mövcud qanunvericiliyə görə 5 iş günü müddətində həmin vətəndaşa işsiz statusu veriləcək və ictimai işə cəlb olunacaq.

Hazırda Günel Rzayeva ailə başçısını itirməyə görə üç övladının hər biri üçün 80 manat olmaqla, ayda 240 manat məbləğində müavinat alır. Son iki ildə onlara aylıq 228,32 AZN ünvanlı sosial yardım da verilib.

Yardımın müddəti bitdikdən sonra yenidən ünvanlı sosial yardım almaq üçün müraciət etsə də, övladlarından birinin şəxsiyyət vəsiqəsinin etibarsız olması, G.Rzayevanın əmək müqaviləsinin qüvvədə olmaması, ailə başçısını itirməyə görə övladlarına təyin edilən müavinət alması barədə məlumatın qeyd edilməməsi müəyyən olunduğu üçün imtina edilib.

G.Rzayevanın məşğulluğu təmin edildikdən və ünvanlı sosial yardım almaq üçün daxil etdiyi məlumatlardakı uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra yenidən elektron sistem üzərindən müraciət edildiyi təqdirdə ailəyə ünvanlı sosial yardımın verilməsi məsələsinə baxılacaqdır.



XƏBƏR LENTİ
Cəbhədə son durum
Bu gün, 10:21

Cəbhədə son durum