15:58 Oxunub: 249

Beyrut limanı yenə yanır

Beyrut limanı yenə yanır


Livanın paytaxtı Beyrut limanında yanğın baş verib.

Modern.az-ın məlumatına görə, yanğın avtomobil şinlərinin və sürtkü-yanacaq materiallarının saxlandığı zonada başlayıb.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən cəlb olunub. İnsan itkiləri barədə hələlik məlumat verilməyib.

Xatırladaq ki, avuqstun 4-də Beyrut limanında güclü partlayış olmuşdu. Partlayış nəticəsində 190 nəfər həlak olmuş, 6,5 mindən çox şəxs yaralanmışdı. 300 mindən çox sakin evsiz qalıb.
XƏBƏR LENTİ