12:59 Oxunub: 348

AzTV-dən departament müdirinin işdən çıxarılması ilə bağlı AÇIQLAMA - YENİLƏNİB

AzTV-dən departament müdirinin işdən çıxarılması ilə bağlı AÇIQLAMA - YENİLƏNİB


Azərbaycan Televiziyasının (AzTV) reklam departamentinin müdiri Süleyman Məmmədov işdən çıxarılmayıb.

Bu barədə Oxu.Az-a AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva açıqlama verib.

Onun sözlərinə görə, yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Bəzi saytlarda S.Məmmədovun guya reklam pullarını mənimsəməsi səbəbindən vəzifəsindən azad olunduğuna dair məlumatlar dərc edilib. Bu doğru deyil. S.Məmmədov işdən ayrılmaq istədiyi ilə bağlı fikirlərini bildirib, amma rəsmi olaraq bu barədə heç bir qərar verilməyib. Bu şəkildə qeyri-dəqiq informasiyaların yazılması təəssüf doğurur”
XƏBƏR LENTİ