16:21 Oxunub: 353

Ceyhun Bayramov: “Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın fəal roluna ümid bəsləyirik”

Ceyhun Bayramov: “Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın fəal roluna ümid bəsləyirik”




Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir irəliləyiş müşahidə olunmur, Bakı bu məsələdə Moskvanın səylərinə xüsusi ümid bəsləyir.

Bu sözləri Moskvada səfərdə olan Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla danışıqlardan sonra keçirilən mətbuat konfransında söyləyib.

“Biz Rusiyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində fəal roluna xüsusi ümidlər bəsləyirik”, - deyə C. Bayramov bildirib.

“Təəssüf hissi ilə qeyd etməliyəm ki, münaqişənin həllində heç bir irəliləyiş olmayıb. Ermənistan ölkəmizin beynəlxalq səviyyədə tanınan ərazisinin 20 faizini işğal altında saxlayır”, - Azərbaycan XİN başçısı vurğulayıb.

Azərbaycanın Xarici İşlər naziri Ermənistanın nəzarəti altında olan ərazilərdən qovulan Azərbaycan əhalisinin əvəzinə xaricdən, o cümlədən Yaxın Şərq ölkələrindən olan etnik ermənilərin məskunlaşdırılmasına diqqət çəkib.

C. Bayramovun sözlərinə görə, bu beynəlxalq humanitar hüququn, ilk növbədə Cenevrə Konvensiyalarının kobud şəkildə pozulmasıdır.
XƏBƏR LENTİ