10:00 Oxunub: 2 333

Ziyəddin Əliyevin fəaliyyəti günün tələblərinə tam şəkildə cavab verir

Ziyəddin Əliyevin fəaliyyəti günün tələblərinə tam şəkildə cavab verir

Quba rayon İcra Hakimiyyətinin Başçısı cənab Ziyəddin Əliyev bu keşməkeşli dönəmdə daima xalqın yanındadır, öz sevgisini və qayğısını Quba əhalisinə göstərir. Son zamanlar rayonumuzda həyata keçirilən infrastruktur işləri bunun bariz nümunəsidir. Ziyəddin müəllim rayon ərazisində fəaliyyət göstərən aktiv gənclərə hər zaman dəstək göstərir. Daima biz gənclərlə əlaqə saxlayır, tədbirlərdə qayğısını bizdən əsirgəmir.

Hər kəsə güntəki aydındır ki, yerlərdə vəzifə sahibi olan şəxslərin sakinlərə qarşı bəslədikləri münasibətlərin varlığı, həyata keçirdikləri idarəetmənin göstəriciləri, bir sözlə yürüdülən dövlət siyasətinin müdafiə olunması istiqamətində atdıqları addımlar və s. çox zaman ictimai müzakirələrə səbəb olur. Düzdür, elə hallar olur ki, həmin şəxslərə qarşı ictimai fikirdə rəğbət hissi formalaşır, elə hallar da olur ki, onlara qarşı nifrət, qəzəb, hətta ən nəlayiq sözlərin ifadə olunduğu yanaşmalar da ortaya qoyulur. Belə olan halda ortaya maraqlı və düşündürücü suallar çıxır ki, görəsən bu kimi yanaşmaların kökündə nələr dayanır? Belə bir sualı cavablandırmaq üçün isə, heç də alim olmaq gərək deyil. Çünki, istənilən sahəyə rəhbərlik edən şəxs ilk öncə üzərinə düşən vəzifənin məsuliyyətini hiss etməli, sakinlərə qarşı davranışında normativ tələblərə əməl etməli, atdığı addımları ilə ətrafdakılara nümunə olmalı, problemlə üz-üzə qalan hər kəsi dinləməli və imkan daxilində insanlara kömək əlini uzatmalı, ən əsası bir vətəndaş olaraq öz iradəsini ortaya qoymağı da bacarmalıdır. Haqqında bəhs etdiyimiz Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev da, məhz sadaladığımız belə bir göstəriciləri özündə cəmləşdirən vəzifə sahibidir. Bir müddət bundan öncə adı çəkilən kənddə olmağımız, yerli sakinlərdən bəziləri ilə etdiyimiz söz-söhbətlər, ümumi müşahidlərimiz və s. bizdə belə bir qənaətin formalaşmasına səbəb oldu ki, Ziyəddin Əliyev üzərinə düşən vəzifəsini lazımınca yerinə yetirən, rəhbərliyin verdiyi tapşırıqların həllinə çalışan, ələlxüsus sadə sakinlərin yanında olan şəxsdir. Bu kimi göstəriciləri özündə cəmləşdirən, həyata keçirdiyi müdrik idarəçiliyin varlığı səbəbindən Rayon sakinlərinin rəğbət hissini qazanan Quba Rayon İcra Hakimiyyətinin başçısının adı, hal-hazırda hər kəs tərəfindən hörmət və rəğbət hissi ilə çəkilir.

Tarixən xalqımız özünün igid, alicənab, işgüzar, xalqına bağlı olan, Vətənini sevən övladlarının qürurlu adları ilə hər zaman fəxr edib. Hətta, onların atdıqları addımları yaddaşlarda saxlayaraq, həmin şəxslərin adlarını sonrakı nəsillərə ərməğan da ediblər. Bəli, dünya xalqlarının çoxunda olduğu kimi, bizim xalqın da özünəməxsus yüksək insani keyfiyyəti, əxlaqi və mənəvi dəyərləri və s. var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olmasını sübut edən halların varlığıdır. Ümumiyyətlə, tarixin bütün dönəmlərində ad-san qazanmış şəxslər çox olublar. Onların bəziləri istər mərkəzi ərazilərdə, istərsə də bölgələrdə müəyyən imtiyaz və söz sahibi olub əksəriyyət tərəfindən sevilsələr də, bəziləri isə heç də hər kəs tərəfindən lazımınca rəğbət hissi qazana bilməyiblər. Bu kimi halların varlığı bütün dönəmlərdə olmuş və bu gün də özünü təsdiq etməkdədir. Belə şəxslərdən fərqli olaraq haqqında söhbət açdığımız, hansı ki, xarakterik xüsusiyyətinin gözəlliyi və həyata keçirdiyi idarəçiliyinin müdrikliyi ilə tam əksəriyyətdən fərqlənən Ziyəddin Əliyev, bu gün əsl xalq məhəbbətini qazanan şəxslərdən biridir. Çünki, adı çəkilən bu şəxsin indiyə kimi atdığı addımlar, tutduğu ləyaqətli mövqeyi hər kəs tərəfindən sevilib, lazımınca qiymətləndirilib və rəğbət hissi ilə də qarşılanıb. Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, öz peşəkarlığı və qayğıkeşliyi ilə ad-san çıxaran vəzifə sahibidir. Bu şəxs haqqında lazımi məlumatları əldə etdikdə o da bəlli olur ki, Ziyəddin müəllim özündə elə bir xarakterik xüsusiyyəti cəmləşdirən vəzifə sahibidir ki, o, hər kəsə əl tutmağı, köməklik göstərməyi, xeyirxah addımlar atmağı, sanki özü üçün əsas amal hesab edir. Ziyəddin Əliyev tanıyan, ona bağlı olan hər kəs onu da bilir ki, qəlbində Vətəninə məhəbbət hissi, xalqına bağlılıq duyğusu gəzdirən, hər kəsin problemini özünün şəxsi problemi hesab edən bu şəxs, bu gün də həyata keçirdiyi peşəkar idarəçiliyi ilə fərqlənən vəzifə sahibidir.

Hər kəsə bəllidir ki, Ziyəddin Əliyev yaradıcı və qurucu şəxsdir, xarakter etibarilə sadə təbiətlidir, mehribançılığı sevən bir insandır. Hələ gənc yaşlarında ikən halal zəhmətlə çörək qazanmağa çalışan, dosta-tanışa qarşı etibarlılıq nümayiş etdirən, bir sözlə özündə əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin belə bir amallar uğrunda yorulmadan çalışması, məhz onun kamil bir şəxs olaraq formalaşmasına təsir edən əsas səbəblər olub. Ziyəddin Əliyev, bu gün də elə bir addımlarını atır ki, o, son anda hər kəsin rəğbət hissini qazana bilir. Bütün bunlardan əlavə, adı çəkilən bu şəxs əsası ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunan siyasi kursa sadiq olduğunu, məhz əməli addımları ilə də sübuta yetirir. Belə ki, onun heç bir təmənna, hansısa maraq güdmədən Prezident İlham Əliyevə, dövlətimizə və dövlətçiliyimizə sadiq olması hər kəsə bəlli olan həqiqətlərdir. Fakt budur ki, Ziyəddin Əliyev elə bir sağlam təfəkkürə, elə bir sağlam əqidəyə sahib olan vəzifə sahibidir ki, onu heç bir qüvvə tutduğu yolundan döndərə bilməz.

Ziyəddin Əliyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Quba Rayon İcra Hakimiyyətinin başçısı kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Son günlər Quba rayonunda alqışa layiq işlərin görülməsi bir növ rayon sakinlərinin böyük sevincinə səbəb oldu.

Bunlardan əlavə ölkə başçısının rayona olan diqqət və qağısı görülən işlərin bariz nümünəsidir. Etiraf edək ki, Quba rayonu cənnətməkana çevrilməklə digər rayon sakinlərini buradakı tərəqqiyə dövlət başçısı tərəfindən verilən yüksək qiymətdən məmnundur. Cənab prezident İlham Əliyev demişdir:

“Qubanın çox gözəl turizm potensialı var. Ümumiyyətlə, hesab edirəm ki, bu zona turizm üçün ən cəlbedici zonadır. İndi müasir otellər, əyləncə və istirahət yerləri tikilir. Bu bölgənin inkişafı üçün Qəbələdə bir neçə il bundan əvvəl beynəlxalq aeroport tikilmişdir. Digər qonşu rayonlarda işlər gedir. Gözəl otellər tikilir. Qubanın da çox gözəl turizm imkanları var. Əminəm ki, biz bu imkanlardan səmərəli şəkildə istifadə edəcəyik”.

Bəli, bu gündə Quba rayonunda görülən işlər yüksək qiymətləndirilir. Əlbətdə ki, buda Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin tələbkarlığından irəli gəlir. Təəsüflər olsun ki, bəzi quvvələr rayonda ən yüksək səviyyədə göyülən işlərə kölgə salmaq üçün müəyyən metotdlardan istifadə etməyə çalışırlar. Lakin unutmaq lazım deyil ki, Ziyəddin Əliyev bütün maneələri dəf edərək rayonun daha da abadlaşması üçün əlindən gələni əsirgəmədi.

Bir sözlə, qubalılar Ziyəddin Əliyevi sevir və ona olan dərin minnətdarlıqlarını hər zaman bildirəcək. Rayon ağsaqqallarının ölkə mətbuatına müraciəti yuxarıda qeyd etdiklərimizi bir daha isbatladı. İnanırıq ki, Ziyəddin müəllim bundan sonrada daim rayon sakinlərinin yanında olacaq və onların problemlərinin istiqamətində lazımı addımlarını atacaqdır. Ən azından gürülən işlər bunu deməyə əsas verir.

Ziyəddin Əliyev vəzifəyə gəldiyi gündən görülən işlərin siyahısına nəzər salanda Quba Rayon İcra Hakimiyyətində həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar.

Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev əsl ziyalı vicdanlı və vətənpərvər şəxsiyyət kimi milli “mən”i şəxsi “mən”dən hər zaman uca tutur, özünə hörməti şəxsi iddialarda deyil, uğurlu əməllərdə axtarır.

Belə bir deyim var: Hər hansı vəzifə kürsüsü insan üçün həm də özünüifadə və özünütəsdiq vasitəsidir. Bu mənada, Ziyəddin Əliyev Quba Rayon İcra Hakimiyyətinin Başçısı fəaliyyətinə ilk gündən işində layiqli xidmət vasitəsi kimi yanaşaraq ona göstərilən etimadı layiqincə doğrultmağa çalışdı.
XƏBƏR LENTİ