09:38 Oxunub: 542

Dünyada koronavirusdan sağalanların sayı 15 milyonu keçdi - STATİSTİKA

Dünyada koronavirusdan sağalanların sayı 15 milyonu keçdi - STATİSTİKA

Dünyada 22 308 044 nəfərdə koronavirus aşkarlanıb.

Bu barədə Oxu.Az-ın onlayn statistikasında qeyd olunur.

Virusa yoluxan 784 365 xəstə ölüb, 15 050 063 nəfər sağalıb.

Koronavirusun ən çox yayıldığı qitə Şimali Amerika (6 671 983 nəfər), ölkə isə ABŞ-dır (5 655 974 nəfər).

Yoluxma sayına görə öndə olan digər ölkələr 3 411 872 yoluxma ilə Braziliya, 2 767 273 yoluxma ilə Hindistan, 932 493 yoluxma ilə Rusiyadır.

İranda 347 835, Türkiyədə 251 805, Ermənistanda 41 846, Gürcüstanda 1 351 nəfərdə koronavirus qeydə alınıb.

Koronavirusun ilk yayıldığı Çin yoluxma sayına görə ölkələr arasında 84 888 nəfərlə 34-cü sıradadır.

Azərbaycanda koronavirusa yoluxan 34 474 nəfərin 509-u ölüb, 32 201-i sağalıb.
XƏBƏR LENTİ