15:56 Oxunub: 423

Sarri “Yuve”nin ÇL-də mübarizəni nəyə görə dayandırdığını açıqladı

Sarri “Yuve”nin ÇL-də mübarizəni nəyə görə dayandırdığını açıqladı


İtaliyanın “Yuventus” futbol klubunun baş məşqçisi Maurisio Sarri komandanın Çempionlar Liqasında mübarizəni dayandırmasına münasibət bildirib.

Bununla bağlı M.Sarri UEFA-nın rəsmi saytına müsahibə verib.

Təcrübəli məşqçi turnirlə vidalaşmalarının səbəbinin ilk qarşılaşma olduğunu bildirib.

“Faktiki olaraq, ilk qarşılaşmanın ilk hissəsi üçün darıxıram”, - deyə, M.Sarri bildirib.

Xatırladaq ki, “Yuventus”la “Lion” arasında iki görüşün nəticəsinə görə ümumi hesab 2:2 olsa da, səfər qoluna görə “Lion” mübarizəni davam etdirib.
XƏBƏR LENTİ