14:15 Oxunub: 1 751

“Kişilərin çoxu yaltaqlığa meyllidir” – Əməkdar artist

“Kişilərin çoxu yaltaqlığa meyllidir” – Əməkdar artist


“Bu gün kişilərin çoxu yaltaqlığa meyllidir. Yaltaqlıq qədimdən mövcud olub . Ta qədimdən belə insanlara müvəqqəti yer veriblər. Daha sonra iç üzü açılıb və həmin adam öz-özlüyündən uzaqlaşıb”.
Bu sözləri “Dədə Süleyman” ləqəbi ilə tanınan Əməkdar artist, xanəndə Süleyman Abdullayev Yenisabah.az-a danışarkən deyib. Xanəndə ölkədə vəzifə sahibi olanların mütləq savadlı şəxslərdən seçilməli olduğunu bildirib:
“Biri var çörək dostluğu, biri də var vəzifə dostluğu. Hər şey savaddan irəli gəlir. Bu gün pul verib prokurorluğa, polis idarəsinə, xəstəxanaya işə düzələnlər vaxtında savad almalı idi. Həkimlər var ki, resept yazır anlamaq qeyri-mümkündür. Bunlar hamısı pulla düzələnlərdir. Əgər vəzifəli şəxslər savadlı olmasa ölkə uçuruma gedər. Yalnız savadlı şəxslər ölkəni irəli apara bilər”.
Sənətçi savadsızlığın ölkəni uçuruma yuvarladığını vurğulayıb:
“Savadlı qadınları, qızları kimliyindən asılı olmayaraq irəli çəkmək lazımdır. Kənddə savadlı qızlar var ki, gəlib oxuyurlar, öz yerlərini tuturlar. Pul verib oxumaq savad deyil, o xalqın gələcəyini aldatmaq deməkdir. Vaxtilə belə savadsızlar ölkəni çapıb-taladılar. Savadsızlar pul verib oxuyurdular, sonra belə hallar yaşanırdı, mənim yaxşı yadımdadır. Savadsızlıq ailəni, ölkəni uçuruma aparır, qızları pis yola çəkir, ailələrin dağılmasına gətirib çıxarır. Savadsızlıq erməniyə meydan oxutdurur. Dövləti savadlılara tapşırmaq lazımdır. Torpağı qorumaq lazımdır, hər şey torpaqdan gəlir, ona qulluq etmək lazımdır, ay bisavadlar. Yaxşı ki, ölkəmizin savadlı prezidenti, vitse-prezidenti, deputatları var. Onlar savadlarına arxayındırlar. Onların qabağına daş qoyanlar savadsız insanlardır. Onları pul asanlıqla yoldan çıxarır. Yaxşı deputatlar, polislər, həkimlərə can qurban. Savadsızların isə Allah özü cəzasını versin, vəzifədən uzaqlaşsınlar. Ürəyim o qədər doludur ki, amma yaşım o yaş deyil. Kaş Allah mənə 40 yaş verəydi, düz Şuşada oturardım, anamın südü haqqı oturardım”.
XƏBƏR LENTİ