15:39 Oxunub: 3 759

Mirəşrəf Rzazadə: Milli komandanın oyunçusu

Mirəşrəf Rzazadə: Milli komandanın oyunçusu

Mirəşrəf Rzazadə: Milli komandanın oyunçusu.(Hücumçu)

Festivalın başlanmasına artıq sayılı günlər qalıb. Biz bir ilə yaxındır ki, bu oyunlara hazırlaşırıq. İlk olaraq çempionatda iştirak etdik. Çempionatdan sonra təlim-məşqlər və bir neçə yoldaşlıq oyunları keçirdik. Qeyd edim ki, təlim-məşq prosesinə 20-yə yaxın idmançı cəlb edilmişdir. Festivalda isə 12 voleybolçu ilə təmsil olunacağıq.

Bildiyiniz kimi bizim oyunlarımız FHN İdman Arenasında keçiriləcək. Dünən oyun arenasında ilk məşqimiz oldu. Oyunlar yaxınlaşdıqca həyəcanımız artır amma bu gözəl hisslərdir. Ölkəmizi belə mötəbər yarışlarda təmsil etmək qürurvericidir. Rəqiblərimiz hər nə qədər güclü olsada sona kimi mübarziə aparacağıq. Bizi dəstəkləyən azarkeşləri oyunlarımızı izləməyə və bizə dəstək olmağa çağırırıq. Çünki, idmanda qələbənin böyük hissəsi azarkeşlərindir.

XƏBƏR LENTİ