30 iyl 09:47 Oxunub: 87

Koronavirusa yoluxanların sayı 17 milyonu keçdi - STATİSTİKA

Koronavirusa yoluxanların sayı 17 milyonu keçdi - STATİSTİKA

Dünyada 17 189 754 nəfərdə koronavirus aşkarlanıb.

Bu barədə Oxu.Az-ın onlayn statistikasında qeyd edilir.

Virusdan 670 256 xəstə ölüb, 10 701 141 nəfər sağalıb.

Dünya ölkələri arasında koronavirusa yoluxma sayına görə ilk üçlükdə ABŞ (4 568 037 nəfər), Braziliya (2 555 518 nəfər) və Hindistandır (1 584 384).

Sərhəd qonşularımızdan Rusiyada 828 990 nəfərdə koronavirus aşkarlanıb. 13 673 nəfər ölüb, 620 333 nəfər sağalıb.

İranda virusa yoluxan 298 909 nəfərin 16 343-ü ölüb, 259 116-sı sağalıb.

Türkiyədə koronavirus 228 924 nəfərdə müəyyən edilib. Virusa yoluxanların 5 659-u ölüb, 212 557-si sağalıb.

Ermənistanda 37 937, Gürcüstanda 1 155 nəfərdə koronavirus qeydə alınıb.

Azərbaycanda koronavirusa yoluxan 31 221 nəfərin 438-i həyatını itirib, 24 495-i sağalıb.
XƏBƏR LENTİ
Neft yenidən ucuzlaşdı
Bu gün, 10:21

Neft yenidən ucuzlaşdı