14:24 Oxunub: 210

Bakıda bərbər 18 yaşlı şəxsi qayçı ilə ağır yaraladı

Bakıda bərbər 18 yaşlı şəxsi qayçı ilə ağır yaraladı


Bakının Sabunçu rayonunda iyulun 28-də saat 19:50 radələrində cinayət hadisəsi törədilib.

Bu barədə Mediabiz.az.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Ramana qəsəbəsində 2003-cü il təvəllüdlü bərbər Akif Məmmədov salonun yaxınlığında 2002-ci il təvəllüdlü dostu Emral Əsgərova qayçı ilə kürək və sinəsinə nüfuz edən zərbələr endirib.
Hadisəni törədəndən sonra o, qaçaraq gizlənib. Hazırda 12-ci Polis Bölməsinin əməkdaşları şübhəli şəxsin tutulması üçün tədbirlər həyata keçirirlər.
Zərərçəkən xəstəxanaya yerləşdirilib, faktla bağlı bədənə ağır xəsarət yetirmə maddəsi ilə cinayət işinə başlanılıb.
XƏBƏR LENTİ