13:21 Oxunub: 256
"Qarabağ"ın "Dundalk"la oyunlarının vaxtı açıqlandı
"Qarabağ"ın Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Dundalk"la hər iki oyununun vaxtı müəyyənləşib.
Qol.az-ın İrlandiya klubunun saytına istinadən yaydığı xəbərə görə, Ağdam təmsilçisinin səfərdə "Oriel Park"da keçiriləcək ilk matçı iyulun 24-ü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Bakıda "Dalğa Arena"da oynanılacaq cavab görüşünə isə iyulun 31-i yerli vaxtla 21:00-da start veriləcək.
Qeyd edək ki, "Qarabağ" 1-ci mərhələdə "Partizani"ni, "Dundalk" isə "Riqa"nı mübarizədən kənarlaşdırıb.
15:06