14:27 Oxunub: 199

Karantin rejimini pozan şəxslər cəzalandırıldı

Karantin rejimini pozan şəxslər cəzalandırıldı
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində karantin qaydalarını pozaraq, Ağcabədi rayonundan Bərdə rayonunun ərazisinə keçən şəxslər aşkar edilib.

DİN Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının bu istiqamətdə keçirdiyi tədbirlər nəticəsində Ağcabədi rayon sakini S.Səfərov idarə etdiyi avtomaşınla kənd yolları ilə Bərdə rayonu ərazisinə keçərkən, sərnişinləri - M.Quliyev və İ.Heydərovla birgə saxlanılıb.

Saxlanılan hər üç şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlara ciddi xəbərdarlıq olunub.
XƏBƏR LENTİ