13:01 Oxunub: 311

Azərbaycanda yanacaqdoldurma məntəqəsində partlayış - YENİLƏNİB

Azərbaycanda yanacaqdoldurma məntəqəsində partlayış - YENİLƏNİB



Gəncə şəhəri, Kəpəz rayonu, Müseyib Bağırov küçəsində yerləşən “LUKOİL” yanacaqdoldurma məntəqəsində yanğın olub.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində qısa zamanda yanğının yayılmasının qarşısı alınıb, yanğın saat 12:25-də söndürülüb.

12:39

Gəncə şəhərinin Dədə Qorqud küçəsində yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsində partlayış olub.

Oxu.Az xəbər verir ki, hadisə yerinə yanğınsöndürən maşın və təcili tibbi yardım briqadası gəlib.

Hadisənin təfərrüatı araşdırılır.
XƏBƏR LENTİ