13:58 Oxunub: 674

Həkimdən komadan ayılan Bəhram Bağırzadənin səhhəti ilə bağlı AÇIQLAMA

Həkimdən komadan ayılan Bəhram Bağırzadənin səhhəti ilə bağlı AÇIQLAMA


Bəhram Bağırzadənin vəziyyətində müsbət dinamika müşahidə edilsə də, vəziyyəti hələ də ağır kimi qiymətləndirilir”.

Bunu Oxu.Az-a açıqlamasında Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib.

O bildirib ki, davamlı müşahidə edilən müsbət dəyişikliklərin fonunda iki gün əvvəl Əməkdar artist ECMO cihazından ayrılıb:


“Hazırda o, yalnız ağciyərlərin süni ventilyasiyası (ASV) aparatına qoşulub. Qeyd etdiyim kimi, Bəhram Bağırzadənin istər ümumi, istər laborator göstəricilərində, istərsə də ağciyər toxumalarının vəziyyətində müsbət dəyişikliklər müşahidə edilir.

Müalicə prosesi davam edir. Ümid edirik ki, qısa müddət ərzində ictimaiyyətə Bəhram bəyin vəziyyəti ilə bağlı daha sevindirici xəbərlər verəcəyik”.
XƏBƏR LENTİ