14:58 Oxunub: 274

İlham Rəsulzadənin meyiti tapıldı

İlham Rəsulzadənin meyiti tapıldı
Xəzər dənizində iki gün əvvəl batan "Müsavat” partiyasının üzvü Laləzar Məmmədlinin oğlu İlham Rəsulzadənin meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, iyulun 14-də Bakı şəhərinin Sabunçu rayonu, Bilgəh qəsəbəsində, dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazidə batdığı ehtimal olunan 1987-ci il təvəllüdlü Rəsulzadə İlham Tofiq oğlunun axtarışları başa çatıb.

İ.Rəsulzadənin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
XƏBƏR LENTİ