11:56 Oxunub: 281

Ceyhun Bayramov əmr imzalayıb

Ceyhun Bayramov əmr imzalayıb

Təhsil naziri Ceyhun Bayramov tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunduğu ümumi təhsil müəssisələrinin 2019-2020-ci dərs ili üçün tədris planlarının təsdiqi haqqında əmr imzalayıb.

Anews.az APA-ya istinadən bildirir ki, əmrə əsasən 2019-2020-ci dərs ilində tam orta təhsilin təmayüllər üzrə təşkil olunduğu ümumi təhsil müəssisələrinin X-XI sinifləri üçün tədris planları və "Tədris planlarına dair qeydlər” təsdiq edilib.
Əmrin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya həvalə olunub.
XƏBƏR LENTİ