14:04 Oxunub: 268

Ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət

Ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət

İyulun 15-də Azərbaycan-Türkiyə- Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin üçtərəfli iclasının iştirakçıları Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar.

AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı önünə tər güllər düzülüb.

Sonra tədbir iştirakçıları Şəhidlər xiyabanına gedərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.
XƏBƏR LENTİ