12:58 Oxunub: 284

Bakıda karantin qaydalarını pozan daha bir restoran aşkarlandı – FOTOLAR

Bakıda karantin qaydalarını pozan daha bir restoran aşkarlandı – FOTOLAR

Bakıda karantin qaydalarına riayət etməyərək, saat 18:00-dan sonra işləyən restoran aşkarlanıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən paytaxt sakini Akif Seyidəmirovun işlətdiyi “Bulaq” restoranın müəyyən edilmiş saatdan sonra fəaliyyət göstərdiyi müəyyən edilib.

Binəqədi rayon Polis Post Patrul Xidməti Bölüyü və 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi tədbir zamanı həmin obyektin sanitar-karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərdiyi və müştərilən qəbul edildiyi məlum olub. Restorana baxış zamanı müştərilərin sosial məsafə gözləmədiyi və tibbi maskalardan da istifadə etmədikləri aşkar edilib. Obyektdə olan ümumilikdə 8 nəfər saxlanılaraq Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə gətirilərək tibbi maskalarla təmin ediliblər.
Karantin qaydalarını pozan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi protokol tərtib olunub və onlar müvafiq qaydada cərimələniblər.

XƏBƏR LENTİ