14:50 Oxunub: 181

Ov mövsümü ilə bağlı qərar 31 maydan sonra veriləcək

Ov mövsümü ilə bağlı qərar 31 maydan sonra veriləcək

Ölkə ərazisində ov mövsümünün açılması məsələsinin müzakirəsi məqsədilə Ov Məsələləri üzrə Elmi Koordinasiya Şurasının iclası keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, iclasda koronavirus pandemiyası ilə əlaqədar ölkə ərazisində 2020-2021-ci illərin ov mövsümünün açılıb-açılmaması məsələsinə Operativ Qərərgah tərəfindən 31 may tarixində veriləcək növbəti qərardan sonra baxılması razılığına gəlinib.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova qeyd edib ki, hər il may ayının sonu, ov mövsümü başlanmamışdan əvvəl Ov Məsələləri üzrə Elmi Koordinasiya Şurasının iclası keçirilir və ov obyekti olan vəhşi heyvan, quş növlərinin ovlanma müddətləri, normaları, həmçinin onların ovlanması üçün nəzərdə tutulan ov icazələrinin sayı müəyyənləşdirilir:

“Şurada Azərbaycan Milli Elmlər Akademiyasının, aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların və ictimai birliklərin nümayəndələri təmsil olunurlar”.
XƏBƏR LENTİ