11:16 Oxunub: 226

Makqreqor Nurməhəmmədov üçün dua etdi

Makqreqor Nurməhəmmədov üçün dua etdi



Hələ bir neçə gün bundan əvvəl prinsipial rəqibi Həbib Nurməhəmmədovu “real döyüşlər üçün rüsvayçılıq” adlandıran dünya şöhrətli MMA döyüşçüsü Konor Makqreqor bu dəfə ona dəstəyini nümayiş etdirib.



Bu barədə idmançı “Twitter” hesabında paylaşım edib.



“Abdulmanap Nurməhəmmədovun sağalması üçün dua edirəm. Bu insanın müxtəlif döyüş növlərində neçə dünya çempionu yetişdirdiyini təsəvvür etmək çətindir. Qarışıq döyüş növlərinin əsl dahisidir! Bugünkü məlumatı təəssüf hissi ilə öyrəndim”, - deyə K.Makqreqor bildirib.
XƏBƏR LENTİ