16:44 Oxunub: 200

Bu ölkədə məktəb və bağçalarda tətil avqusta qədər uzadıldı

Bu ölkədə məktəb və bağçalarda tətil avqusta qədər uzadıldı

Tacikistanda məktəb və bağçalarda tətilin vaxtı avqustun 16-dək uzadılıb.

Bu barədə “Sputnik” xəbər yayıb.

Bildirilir ki, imtahanlar iyunun ikinci yarısında keçiriləcək. Avqustun 17-dən isə yeni dərs ili başlayacaq.

Qeyd edək ki, Tacikistanda ilk yoluxma halı bir neçə gün öncə qeydə alınıb.

Son məlumatlara görə, ölkədə 230 nəfər koronavirusa yoluxub. Daha 3 208 nəfər həkim nəzarətindədir.
XƏBƏR LENTİ