16:10 Oxunub: 201

Qadının evinə girib atəş açdılar - Azərbaycanda QƏRİBƏ HADİSƏ

Qadının evinə girib atəş açdılar - Azərbaycanda QƏRİBƏ HADİSƏ

Naməlum şəxslər Cəlilabad rayonunun Günəşli kənd sakini X.Kərimovanın yaşadığı evə daxil olaraq evin divarında tüfəngdən atəş açaraq hadisə yerini tərk ediblər.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə aprelin 18-də, saat 22 radələrində baş verib. Zərərçəkən bir gün sonra RPŞ-nə müraciət edib.

Müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər görülüb. Hadisəni oğurluq məqsədilə törətməkdə şübhəli bilinənlər - Alar kənd sakinləri S.Hüseynov və əvvəllər məhkum olunmuş K.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıblar.

K.Əliyevdən müvafiq sənədləri olmayan, nömrəsi silinmiş "İJ-16” markalı ov tüfəngi və narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Ətraflarında aparılmış tədbirlərlə onların rayon ərazisindəki daha 4 evdən pul və qızıl-zinət əşyaları oğurlamaları, 1 evdən isə oğurluğa cəhd göstərmələri də müəyyən edilib.
XƏBƏR LENTİ